Slimfit
  1. AZƏRBAYCAN

Aprel döyüşləri Nərimanov rayonunda yad edildi

Aprel döyüşləri Nərimanov rayonunda yad edildi
Sakura

Aprel döyüşləri Nərimanov rayonunda yad edildi

"Aprel döyüşləri bizim şanlı səhifəmizdir" adlı tədbir keçirilib

Nərimanov Rayon İcra Hakimiyyətində "Aprel döyüşləri bizim şanlı səhifəmizdir" adlı tədbir keçirilib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, tədbirdən öncə rayon rəhbərliyi, aprel döyüşlərinin şəhidi Mahir Mirzəyevin ailə üzvləri və rayonun fəal gəncləri şəhidin qəbrini ziyarət ediblər. Daha sonra ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nərimanov rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərlərinin, rayon ictimaiyyəti nümayəndələrinin və rayonun fəal gəncləri də bu görüşdə iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd edib ki, hər bir dövlətdə güclü оrdunun yaradılması tariхi zərurətdir: "Güclü Ordusu olan dövlət basılmazdır, yenilməzdir. Milli Ordumuzda xidmət etmək vətənə ən şərəfli xidmətdir. Çünki bu ordu Azərbaycanımızın müstəqilliyinin, onun təhlükəsizliyinin qoruyucusudur. Son illərdə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Milli Ordumuz regionun ən güclü və qüdrətli ordusuna çevrilib. İndi bu ordu torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır və bununla bağlı Ali Baş Komandanımızın əmrini gözləyir. Belə bir orduda xidmət keçmək gənclərimizdə ruh yüksəkliyini artırır, sabaha inamı gücləndirir".

Daha sonra A.Fərzəliyev vurğulayıb ki, 2016-cı ilin aprelində baş vermiş döyüşlər də bunun bariz nümunəsidir.

"Aprel döyüşlərində zabit və əsgərlərimiz böyük hünər və igidlik göstərdilər. Ümummilli Liderimiz Heydər Əliyev demişdir ki, orduda xidmət edən əsgərlər, borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbiçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar" – deyə icra başçısı əlavə edib.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Rasim Musabəyov, Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçısı, baş leytenant, qazi Kamil Musavi, şəhid Sənan Axundovun oğlu Tahir Axundov, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev isə Azərbaycan Ordusunun müdrik və qətiyyətli sərkərdəmizin, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aprel döyüşlərində qələbə qazandığını, düşmənin layiqli dərsini verdiyini vurğulayıblar.

Natiqlər çıxışlarında uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında 2000 hektardan çox torpağımızın işğalçılardan azad edilməsindən, Azərbaycan Ordusunun tam nəzarətinə keçməsindən, uzun illərdən sonra qəhrəman döyüşçülərimizin xalqımıza yaşatdığı qələbə sevincindən danışıblar. Onlar, Ali Baş Komandanımızın da dəfələrlə dediyi sözləri sitat gətirərək, qeyd etdilər ki, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirib.

Tədbirdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən hazırlanmış "Aprel döyüşləri tariximizin şanlı səhifəsidir" adlı sənədli film nümayiş etdirilib.







 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR