Slimfit
  1. HƏRB

Aprel döyüşləri Azərbaycan Ordusunun düşmən üzərində tam üstünlüyünü sübut etdi - Deputat

Aprel döyüşləri Azərbaycan Ordusunun düşmən üzərində tam üstünlüyünü sübut etdi - Deputat
Sakura

Aprel döyüşləri Azərbaycan Ordusunun düşmən üzərində tam üstünlüyünü sübut etdi - Deputat

Ermənistan hakimiyyətinə bəllidir ki, əgər müharibə başlayarsa, Ermənistanın məğlub olacağı göz önündədir. Lakin rəsmi İrəvan öz təxribatçı mövqeyi ilə diqqəti əsas məsələdən yayındırmağa, Qarabağ probleminin həllini uzatmağa çalışır. Serj Sarqsyanın aprel döyüşləri barədə verdiyi sərsəm açıqlamaları buna sübutdur. Ermənistan hal-hazırda iqtisadi və siyasi baxımdan ağır böhran keçirir. Pandemiya dövründə isə sosial-iqtisadi problemlər, koronavirusla mübarizədə yaranan çətinliklər, əhalinin narazılığı hakimiyyəti çıxılmaz vəziyyətə salıb. Bunlara baxmayaraq, bu cür sərsəm fikirlər söyləmək niyyətindən də əl çəkmirlər.

Ens.az xəbər verir ki,bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, məlumdur ki, Azərbaycan ordusu hal-hazırda ölkəmizdə və dünyanın ən nüfuzlu hərbi təhsil müəssisələrində ixtisaslaşmış peşəkar hərbi qulluqçulara malik, ən müasir silah-sursat, hərbi texnikası olan ölkədir:

"Aprel döyüşləri sübut etdi ki, ordumuz qısa müddətdə qarşılarına qoyulmuş bütün döyüş vəzifələrini şərəflə yerinə yetirərək, mühüm yüksəklikləri düşməndən azad etməyi bacardı. Məlumdur ki, aprel döyüşləri Azərbaycan Ordusunun hərbi-texniki, döyüş, taktiki və peşə hazırlığı üzrə düşmən üzərində tam üstünlüyünü sübut etdi.

Döyüşlər xalqımıza düşmən üzərində hərbi və psixoloji üstünlüyü qazandırdı. Bu həm də ölkəmizdə birliyi, həmrəyliyi gücləndirdi.

Bu cür ağır məğlubiyyətdən hələ də özünə gələ bilməyən Ermənistanın bu cür fikirlər səsləndirməsi təəccüblü deyil. Serj Sarqsyan 2016-cı il aprel döyüşlərində itkilərinin sayını azaltmağa, Azərbaycan ordusu tərəfindən azad edilən əraziləri kiçiltməyə çalışırdı. Bununla o, məğlubiyyətə haqq qazandırmaq, öz çirkin niyyətinə nail olmaq istəyirdi. O zaman real faktlar erməni ictimaiyyətinə düzgün çatdırılmırdı. Bu məğlubiyyətin nəticəsi olaraq, döyüşlərdən qısa bir müddət sonra onun yaxın dostu və silahdaşı müdafiə naziri vəzifəsində olan Seyran Ohanyan, ardınca isə Ermənistan silahlı qüvvələrinin bütün ali rütbəli rəhbərliyi istefaya göndərildi.

Döyüşlərdə xeyli sayda itki verdiyinə görə, ermənilərin hakimiyyətə qarşı etirazları başladı.

İndi isə Sarqsyan ordumuzun şərəfli qələbəsini ciddi cəhdlə görməməzlikdən gəlib, Ermənistan silahlı qüvvələrinin məğlubiyyətinə ciddi cəhdlə bəraət qazandırmağa çalışır.

Hal-hazırda Ermənistan tərəfi bilməlidir ki, Azərbaycan ordusu istənilən təxribatın qarşısını almağa qadirdir. Qələbə yaxındır, tezliklə öz doğma torpaqlarımıza geri dönəcəyik".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR