Slimfit
  1. TEXNOLOGİYA

“AppStore”-nin ən çox istifadə edilən tətbiqləri

“AppStore”-nin ən çox istifadə edilən tətbiqləri
Sakura

“AppStore”-nin ən çox istifadə edilən tətbiqləri

2019-cu ilin birinci rübündə bütün dünya üzrə "AppStore"də ən çox yüklənən tətbiq, qısa videoların əlavə edilməsi üçün nəzərdə tutulan TikTok olub.

"Ölkə.Az" Türkiyə mediasına istinadən bildirir ki, Sensor Tower analitik xidmətinin məlumatına görə, yanvardan marta qədər iOS istifadəçiləri 33 milyon dəfə sosial şəbəkəni öz qurğularına yükləyiblər.

"AppStore"də TikTok-dan sonra populyar tətbiqlər isə YouTube videohostinqi və "Instagram" sosial şəbəkəsi olub. İstifadəçiləri tətbiqi 30 milyon dəfə yükləyiblər.

Ancaq "Google Play"də isə yüklənmənin miqdarına görə, üçüncü Çin əlavəsi olub və o 150 milyon dəfə yüklənilib. "Google Play" üzrə "WhatsApp" və "Facebook" sosial şəbəkləri 2019-cu ilin birinci rübündə müvafiq olaraq 199 və 180 milyon yüklənmə əldə edib. Beləliklə, adıçəkilən sosial şəbəklər göstəricilər üzrə TikTok-u ötüblər.

Daha əvvəl "Sensor Tower" yazırdı ki, TikTok-a yeni auditoriyanın əldə olunması üçün 1-cü rüb əla fürsət olub. Tətbiq toplam olaraq 180 milyon dəfə yüklənilib. 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə bütün dünya üzrə tətbiqin yüklənməsinin həcmi 70% artıb. TikTok-un istifadəçilər üzərindən əldə etdiyi gəlir isə 18,9 milyon dollar olub. Bu isə 2018-ci illə müqayisədə 3,2 dəfə çoxdur.
Rusiyada da sosial platforma kifayət qədər populyardır. Daha əvvəl məlum olmuşdu ki, ölkədə istifadəçilər orta hesabla 24 saatın 13 dəqiqəsini TikTok-da keçirilər. Bu göstərici üzrə tətbiq digər Vkontakte, Instagram, YouTube, WhatsApp-ı keçib.

Brendlər gənc auditoriya ilə təmasda olmaq üçün sosial şəbəkənin imkanlarından istifadə edirlər. Məsələn, "Coca-Cola" şəxsi fleşmobunu TikTok üzərindən yayımlayıb. "Sberbank" isə şəxsi əyləncəli kontentini paylaşır və bununla bankın xidmətlərini reklam edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR