"Apple" 1 noyabrda gəlirlərini açıqlayacaq
"Kommersant.az" xəbər verir ki, şirkət 2018-ci ilin dördüncü rübü üzrə maliyyə göstəricilərini yeni elektronika məhsullarının satışına uyğun şəkildə hesablayıb.
Qeyd edək ki, ABŞ-ın maliyyə ili 1 oktyabrda başlayıb, 30 sentyabrda bitir. Bu baxımdan iyul-sentyabr dövrü üçüncü deyil, 4-cü kvartal hesab olunur. Vaxt amilinin isə şirkətin gəlirlərinə təsirsiz ötüşməyəcəyi bildirilir. Belə ki, üçüncü kvartal üzrə şirkətin mənfəəti 11,5 milyard dollar təşkil etmişdisə, dördüncü kvartal üzrə məbləğin 7,95-8,05 milyard dollara düşəcəyi gözlənilir. Ümumi mənfəət isə 60-62 milyard dollar təşkil etməlidir.
Xatırladaq ki, "Apple" dördüncü kvartalda 2 yeni "iPhone" və "Apple Watch Series 4"ü təqdim edib. Şirkətin istehsalı olan, 512 qeqabayt yaddaşa malik "XS Max"ın qiyməti isə 1958.247 dollardır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət