Slimfit
  1. TEXNOLOGİYA

“Apple”ın Çin və Hindistan bazarlarındakı mövqeyi də sürətlə zəifləyir

“Apple”ın Çin və Hindistan bazarlarındakı mövqeyi də sürətlə zəifləyir
Sakura

“Apple”ın Çin və Hindistan bazarlarındakı mövqeyi də sürətlə zəifləyir

ABŞ-ın texnologiya nəhəngi “Apple”ın dünya mobil telefon bazarının mühüm hissələri olan Çin və Hindistanda mövqeyi sürətlə zəifləyir.

“Report”un analitik qrupu bildirir ki, korporasiyanın “Iphone” modeli istehlakçılar arasında “sosial status simvolu” kimi qəbul olunsa da, Çindən olan “Huavey”, “Xiaomi”, “Oppo” və “Vivo” kimi istehsalçıların daha münasib qiymət, müasir dizayn və güclü daxili platforma ilə təqdim etdikləri modellərlə rəqabət aparmaqda çətinlik çəkirlər.

Son vaxtlar adı çəkilən markaların satışı o qədər güclənib ki, son nəticədə “Apple”in Çin bazarında payı son 1 ilfə 15%-dən 8%-ə düşüb və bu baxından korporasiya 5-ci yerdədir. İlk yerlərdə isə yerli markalar - “Huavey” (26%), “Oppo” (19%), “Vivo” (18%) və “Xiaomi” (13%) qərarlaşıb.

“Apple” Hindistan bazarında isə heç ilk 5-likdə də deyil. Bu ölkədə satılan mobil telefonların cəmi 1%-i ona məxsusdur. Hindistan hökumətinin ölkədə idxal olunan mobil qurğulara 20% vergi tətbiq etməsi onsuz da qiyməti yüksək olan “Iphone”ları daha da bahalaşdırıb. Hindistan bazarının liderləri isə 29%-lik payla Cənubi Koreyanın “Samsung” və 28%-lik payla Çinin “Xiaomi” şirkətləridir.

Qlobal miqyasda isə ABŞ korporasiyası yalnız 2 markadan – “Samsung” və “Huavey”dən geri qalır. Bununla belə, “Apple”in bazar payını artıraraq önə keçəcəyi də istisna deyil. Məsələ ondadır ki, şirkət bu il ilk dəfə bazara 3 yeni “Iphone” modeli təqdim etmək niyyətindədir. Həmin modellərin rəqibləri ilə müqayisədə həm qiymət, həm də texniki imkanlar baxımından rəqabətqabiliyyətli olacaqları bildirilir.

O da maraqlıdır ki, “Apple”in bazar payının müxtəlif ölkələrdə azalması onun səhmlərinin qiymətinə mənfi təsir etməyib. Son 1 ildə korporasiyanın dəyəri 40%-dən çox artıb. Belə ki, əgər 1 il bundan əvvəl şirkətin 1 səhminin qiyməti 162,08 ABŞ dolları idisə, ötən günün yekununda bu rəqəm 228,36 dollar təşkil edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR