Slimfit
  1. TEXNOLOGİYA

Apple şirkətinin yeni A14 Bionic prosessoru Snapdragon 875-dən az performanslı ola bilər

Apple şirkətinin yeni A14 Bionic prosessoru Snapdragon 875-dən az performanslı ola bilər
Sakura

Apple şirkətinin yeni A14 Bionic prosessoru Snapdragon 875-dən az performanslı ola bilər

Dünənki təqdimat zamanı Apple şirkəti iPad Air 4 ilə yanaşı həmçinin A14 Bionic prosessoru barəsində də məlumat vermişdi. Təqdimat çərçivəsində şirkət bildirmişdi ki, onun yeni prosessoru bir sıra planşetlərlə yanaşı həmçinin bəzi noutbuklardan da güclüdür. Lakin prosessorun daha detallı analizi onu göstərir ki, A14 Bionic Apple şirkətinin dediyi kimi heç də o dərəcədə güclü olmaya bilər. Bu barədə Gizchina saytı xəbər verib.

Apple qeyd edir ki, A14 Bionic-in mərkəzi prosessorunun gücü 40%, qrafik çipinin gücü isə 30% yüksəlib. Bu cür göstəricilər həqiqətən də diqqəti cəlb edirlər. Lakin şirkət yeni prosessoru A13 Bionic ilə deyil, 2018-ci ildəki A12 Bionic ilə müqayisə edir. Qəliz olmayan hesablamalar ilə belə qənaətə gəlmək olar ki, A14 Bionic CPU baxımından A13 Bionic-dən yalnız 13%, GPU baxımından isə 8.3% daha güclüdür.

Maraqlısı ondadır ki, nəzərə çarpmayan bu cür dəyişiklik Apple şirkətini ən güclü mobil prosessor istehsalçısı statusundan məhrum edə bilər. Güman olunur ki, Qualcomm şirkətinin Snapdragon 875 prosessoru yeni Cortex-X1 və Cortex-A78 nüvələri əsasında hazırlanacaq. Cortex-X1 nüvəsi Cortex-A77-dən 30%, Cortex-A78 nüvəsi isə 20% daha güclüdür. Nəticədə Snapdragon 875 prosessoru A14 Bionic-dən daha performanslı alına bilər. Ice Universe ləqəbi məşhur insayder də bu cür fikirə sahibdir.

Mənbə: Technote.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR