Slimfit
  1. TEXNOLOGİYA

Apple şirkəti iPhone'ların istifadəçi səslərini yazması üzrə günahlandırılır

Apple şirkəti iPhone'ların istifadəçi səslərini yazması üzrə günahlandırılır
Sakura

Apple şirkəti iPhone'ların istifadəçi səslərini yazması üzrə günahlandırılır

Apple şirkəti ABŞ hökumətinə bildirib ki, iPhone smartfonları öz istifadəçilərinin səslərini onların xəbəri olmadan yazmır. Bir neçə müddət bundan öncə ABŞ Konqressinin Palatasının energetika və ticarət üzrə komitəsinin üzvləri Apple şirkətinin, istifadəçilərin xəbəri olmadan onların səslərini yazması ilə bağlı internetdə yayılmış iddiaya fikir bildirməyi şirkətdən tələb etmişdi.

 Söhbət, “Salam Siri” cümləsindən sonra işə düşən Siri səsli köməkçisindən gedirdi. Mütəxəssislər güman edirdilər ki, Siri, istifadəçilərin və cihaz mikrofonu ətrafında səslənən istənilən səslərini yaza bilər. ABŞ konqresmenlərinə cavab olaraq Apple şirkəti bu iddiaları təkzib edib və bildirib ki, iPhone smartfonları istifadəçilərin səslərini yazmır. Bundan əlavə olaraq şirkət bildirib ki, Siri səsli əmrləri üçüncü tərəfə ötürmür.

Bununla yanaşı Apple onu da qeyd edib ki, səsli köməkçidən istifadə etmək üçün istifadəçi öncədən Siri-yə smartfon mikrofonuna aktivlik icazəsi verməlidir. Apple onu da qeyd edir ki, şirkət hətta kənar tətbiqlərə də bu qaydaları pozmağa icazə vermir. Səslərin və danışıqların yazılması üzrə şübhələndirici tətbiqlər isə tez bir zamanda pozulur. Həmçinin Apple şirkəti ABŞ Konqressinə olan məktubunda onu da qeyd edib ki, istifadəçi yerinin təyin olunması funksiyasının deaktiv olunması halında da smartfonlar istifadəçinin yerini təyin etmirlər. 
 
Mənbə: Fins.az
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR