“Apple” şirkəti “iPhone X”dəki qüsurlar barədə
“Apple” şirkəti “MacBook Pro 13” notbukları və “iPhone X” smartfonlarındakı qüsurlar barədə məlumat yayıb.
Oxu.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bəzi “iPhone X” modellərində displeyin bir komponentinin sıradan çıxması nəticəsində sensor ekranda problemlər yarana bilər.
İstehsalçı şirkət bildirib ki, smartfonlar toxunuşa cavab verməyə və ya əksinə, heç toxunmadan işə düşə bilərlər.
Şirkət bildirib ki, bu problemi yaşayan alıcılar pulsuz ehtiyat displey ala bilərlər.
Bundan əlavə, “Apple” şirkəti bəyan edib ki, 2017-ci ilin iyul ayından 2018-ci ilin iyun ayına qədər satışa çıxarılmış “MacBook Pro 13” modelli noutbukların sərt diskinin işində də problemlər yarana bilər. Şirkət qüsurların aradan qaldırılması üçün “Apple”ın servis mərkəzlərinə müraciət etməyi tövsiyə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət