Apple rekord qırdı - Tarixdə 1 trilyon dollarlıq İLK şirkət
Mütəxəssislər “Apple” şirkətinin 3 – cü rüb üzrə hissə payına əldə edəcəyi qazancın 2,18 dolları keçməyəcəyini proqnozlaşdırırdılar. Ancaq proqnozlardan daha yaxşı 3 – cü rüb keçirən şirkət 41,3 milyon iPhone modeli satmağa nail oldu.
Texnologiya nəhəngi “Apple” şirkətinin maliyyə göstəricilərini açıqlaması ilə bərabər səhmləri 2.5 % artdı və bazar dəyəri 935 milyard dollara çatdı. Ötən dövrlərdə “Apple” şirkətinin 1 trilyon dollarlıq ilk şirkət ola bilməyəcəyi ilə bağlı söz-söhbətlər gəzirdi. Ancaq, şirkətin açıqladığı uğurlu maliyyə hesabatı ilə ilk 1 trilyon dollarlıq bazar dəyərinə sahib olacağı görülür.
“Apple” – ın yayımladığı maliyyə hesabatına görə şirkət 53,3 milyard dollar gəlir əldə etmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə gəlirlərini 17% artıran şirkət, aprel-iyun dövründə hissə payına görə 2,34 dollar qazandı.
Cəmi 56,55 milyon məhsul satışı həyata keçirdi
Satılan 41,3 milyon iPhone modellərindən hər bir satış üzrə təqribən 724 dollar əldə edildiyini də qeyd edək. Hesabata görə 11,55 milyon iPad, 3,7 milyon isə Mac modeli satdı. Gəlirdəki ən böyük artım isə “Apple” şirkətinin təqdim etdiyi xidmətlərdən əldə edildi.
2017 – ci ilin eyni dövrü ilə müqayisədə 31% - lik artım göstərən xidmət gəlirləri 2018 – ci ildə 9,6 milyard dollar səviyyəsinə qalxdı.
Mənbə: Banco.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət