Apple istifadəçilərinə bir sıra qadağalar qoyacaq
Apple avqustda Goldman Sachs və Mastercard-la birgə tərəfdaşlıq layihəsi çərçivəsində bank kartı təqdim edəcək.
Apple Card kredit kartının istifadəçiləri kriptovalyuta, kazino oyun fişləri və lotoreya biletləri ala və totalizatorlara pul qoya bilməyəcəklər. Bu barədə istifadəçilik hüquqları üzrə razılaşmada qeyd olunub.
Apple Apple Card-la bağlı 2019-cu ilin martında xəbər verib. İstifadəçilər virtual kartı Apple Wallet tətbiqinə qoşa və onunla Apple Pay vasitəsilə ödənişin mümkün olduğu hər bir yerdə ödəmə həyata keçirə bilərlər.Şirkət kartın fiziki variantını da buraxır – orada yalnız sahibinin adı olacaq.
Bu ilin iyul ayının sonlarında Apple rəhbəri Tim Cook təsdiqləyib ki, Apple Card avqustun sonu istifadəyə veriləcək. Kartdan istifadə əvvəlcə amerikalı istifadəçilər üçün keçərli olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət