Slimfit
  1. DÜNYA

Apple-ın səhmləri kəskin ucuzlaşdı

Apple-ın səhmləri kəskin ucuzlaşdı
Sakura

Apple-ın səhmləri kəskin ucuzlaşdı

Gəlir proqnozunu aşağı salmasından sonra "Apple"ın dəyəri sürətlə "əriməyə" davam edir. Şirkətin səhmlərində 6 ilin ən kəskin ucuzlaşması baş verib.

"Marja" xəbər verir ki, ağıllı telefon istehsalçısı "Apple" Çindəki zəif tələb ilə əlaqədar olaraq 20 ildir ilk dəfə gəlir proqnozunu aşağı salıb. 

"Apple"ın bir səhminin qiyməti Nyu Yorkda 9,96%-lik böyük ucuzlaşma ilə 142,19 dollara qədər geriləyib. Beləliklə, şirkətin səhmləri son 1,5 ilin ən aşağı səviyyəsini görüb. Bu vəziyyət dünyadakı digər bazarları da sarsıtıb. Asiyadakı "Apple" tədarükçülərinin səhmlərində də böyük ucuzlaşma baş verib. 

"Apple"ın bazar dəyəri 75 milyard dollar da "əriyib" və təxminən beş ilin ən aşağı bazar dəyərinə geriləyib. Şirkətin bazar dəyəri ötən il 1 trilyon dolları keçmişdi. O vaxtdan bu yana dəyərin 38%-i "əriyib".

Dou Cons indeksi 2,83 faiz, S&P 500 indeksi 2,48%, Nasdaq indeksi 3,04 faiz dəyər itirib. 

"Apple", ilk rüb üçün dövriyyə gözləntisini 89-93 milyard dollar aralığından 84 milyard dollara endirib. "Apple"ın İcraçı direktoru Tim Kuk investorlara göndərdiyi məktubda proqnozun azaldılmasına səbəb olaraq Çindəki zəifləməni, gözləntilərdən aşağı "iPhone" satışlarını, digər ölkələrdə yeni "iPhone" modellərinə tələbatın düşündükləri qədər güclü olmamasını göstərib.

"Apple" 20 ildir ilk dəfə satış proqnozunu aşağı salıb. "Apple"ın proqnozunu aşağı salması, ABŞ və Çin arasında ticarət müharibəsinin dünyanın ən böyük iki iqtisadiyyatına zərər verməsinin əlaməti kimi qiymətləndirilir.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR