Apple artıq e-mail və telefon zənglərinə nəzarət edəcək
“Apple” şirkətinin 12 sentyabr tarixindəki təqdimat mərasimində yeni iPhonemodellərini tanıtmasının ardınca bir çox marka şirkətin yeni telefonlarını fərqli cəhətlərinə görə tənqid etmişdi. Bu haqda ötən məqalələrimizdən birində ətraflı qeyd etmişdik.
Fırıldaqçılıqla mübarizə üçün hərəkətə keçən “Apple” şirkəti artıq zəngləri və e-mailləri nəzarət altına alacağını və sözügedən məlumatların daimi deyil, müvəqqəti olaraq saxlanılacağını elan edib. Şirkətin bu yeni həmləsi iOS 12 – nin gəlişi ilə birlikdə yenilənən iTunes Store – un məxfilik bölməsində belə ifadə edilir:
“Fırıldaqçılığı müəyyən etməyə və qarşısını almağa yardım etmək üçün göndərdiyiniz və qəbul etdiyiniz telefon zənglərinin və ya e-maillərin təqribi sayı da daxil olmaqla cihazdan necə istifadə etməyiniz haqqındakı məlumatlar, hər hansı bir satın alma əməliyyatı həyata keçirməyə çalışdığınız zaman cihaz etibarlılıq xalını hesablamaq üçün istifadə edilir. Göndərilən məlumatlar “Apple” – ın cihazınızdakı əsl dəyərləri öyrənə bilməyəcəyi tərzdə tərtib edilmişdir.”
Cihazlara veriləcək etibarlılıq xalını telefon zəngləri və e-mail məlumatları təşkil edir.
Mənbə: Banco.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət