Dərc edildi: Baxış sayı: 605
"Apple", 7 milyard ABŞ dolları ödəməli olacaq
"Kommersant.az" xəbər verir ki, ABŞ-ın prosessor istehsalçısı olan "Qualcomm" şirkəti "Apple"dan 7 milyard dollar tələb edir. Şirkət, öz bəyanatında bildirib ki, "Apple", borcu ödəmək istəmir.
"Onlar bizim biznesimizi məhv etməyə çalışırlar", - şirkətin nümayəndəsi məhkəmədəki çıxışında bildirib.
Qeyd edək ki, "Qualcomm", "Apple"dan patentlərdən istifadəyə görə ödənişi tələb edir, "Apple" isə tətbiq edilən sistemi ədalətsiz sayır.
Xatırladaq ki, "Apple" və "Qualcomm" arasında indiyə qədər 100-dən çox məhkəmə işi olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət