Antiselfi – rəssam məşhur yerlərdə ölü kimi şəkil çəkdirir
ABŞ-dan olan rəssam Stefani Li Rouz (Stephanie Leigh Rose) selfi ilə mübarizə aparmaq qərarına gəldi. O hesab edir ki, müasir gənclərin şəkilləri çox qeyri-təbiidir və şəkil çəkmək üçün xüsusi üsul kəşf etdi. Dünya üzrə səyahəti zamanı qız sadəcə olaraq ölü kimi özünü göstərərək yerə üzü üstə düşür. Bununla belə onu nə oradan keçənlərin təəccüblü baxışı, nə də səkinin çirki utandırmır.
Stefani öz missiyasını belə izah edir: “Müasir selfi-yutub-fotoşop-mem mədəniyyətində biz şəkil çəkmək və onunla öyünməyi unutmuşuq. Biz hamının virtual reallıqla maraqlandığı mədəniyyətin dövründə yaşayırıq. Hər şey əsl olduğu kimi deyil, xüsusilə şəkillərdə. Hər şey aeroqrafla qeyd olunur, rəng və işıq gücləndirilir, hər şey sünidir. Bütün bunlar quraşdırmadır. Biz isə sadəcə olaraq aktyorlarıq”.
Layihədə hər şəkil StefDies (“Stef ölür”) adlanır. Rəssam əlavə avadanlıq və ya işıqlandırmadan istifadə etmir. Ən təəccüblüsü odur ki, Stefani və torpaq arasında heç bir maneə yoxdur. Bu o deməkdir ki, o minlərlə tursitin gözdiyi küçələrə üzü dəyirdi.
“Bu fotosessiyanın bütün gözəlliyi də bundan ibarətdir: hər şəkil özündə günün pik nöqtəsini təcəssüm etdirir. Nə az, nə çox. Bunu da mən əsl mənada əsl foto sənəti adlandırıram, - mənim burda olmağımın hiss olunacaq sübutu”.
Müəllif: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət