Dərc edildi: Baxış sayı: 1118
Antik qəbirdən çıxarılan mumiya çaşqınlıq yaratdı
Misirdəki antik bir qəbirdən gətirilən 2000 illik mumiya Nyu-yorkda araşdırılıb. Mumiyanın ölüm səbəbinin məlum olması üçün KT (kompüterli tomoqrafiya) çəkilib.
Moderator.az xəbər verir ki. araşdırılan mumiyanın xərçəng xəstəliyi səbəbi ilə öldüyü ortaya çıxıb. Günümüzdə getdikcə daha çox insanın həyatını təhdid edən xərçəngin 2000 il əvvəl də bir mumiyanın ölüm səbəbi olması tibb dünyasında çaşqınlıq yaradıb.
Araşdırma xərçəngin yalnız müasir dövrə aid texnologiyanın və çirklənmənin bir nəticəsi olmadığını sübut edib. Mumiyanın ayağının alt hissəsindəki sümükdə şiş aşkar edildiyini açıqlayan mütəxəssislər nadir görünən bədxassəli bir şiş növü ilə qarşı-qarşıya olduqlarını və məsələnin çox diqqətlərini çəkdiyini söyləyiblər.
Mumyalanan şəxsin həyatının necə sona çatdığı tam olaraq bilinməsə də bədxassəli şiş səbəbindən, ya da bir əməliyyat zamanı ölmüş ola biləcəyi düşünülür.
Qeyd edək ki.qədim Misirdə tibb xərçəng və şişi aşkar etməyə yetərli olmasa da xəstələrin müalicəsi üçün sadə əməliyyatlar həyata keçirildiyi bilinir.
Kamran
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət