Dərc edildi: Baxış sayı: 927
Antibiotiklərin daha bir dəhşətli zərəri üzə çıxdı
Antibiotiklərin bağırsaq bakteriyalarına mənfi təsir etməsi barədə fikirlər təsdiqini tapdıqdan sonra həkimlər antibiotik kursunun sona kimi qəbul olunmamasını məsləhət görür. Antibiotiklərin zərəri barədə hər il yeni araşdırmalar aparılsa da, həkimlər yenə eyni həvəslə çox xəstəliklərdə antibiotik yazmaqda davam edir və yazdığı preparatın əks göstərişləri barədə nə özləri araşdırma aparır, nə də xəstələri xəbərdar edir.
Tibb.fins.az xəbər verir ki, Harvard institutunun alimləri antibiotiklərlə bağlı yeni araşdırma aparıb, dəhşətli nəticəyə gəliblər. Məlum olub ki, antibiotiklər öz müttəfiq bakteriya və hüceyrələrini də aradan götürür.
Onlar metabolitlərin və immun hüceyrələrin iş qabiliyyətini aşağı salır, bir komanda şəklində infeksiya və viruslara qarşı birləşməli olduğu faydalı hüceyrələri də sıradan çıxarır.
Aparıcı müəllif Ceyson Yanq qrupu ilə birgə siçanlar üzərində apardığı təcrübədə tapıb ki, bir neçə tip antibiotiklər siçanlarda mitoxondriyanı zədələyir, bu da metobolik prosesə mənfi təsir göstərir. Metobolitlər isə hüceyrələr tərəfindən sintez olunur və müalicə zamanı vacib rol oynayır.
Eksperiment zamanı siçanları bağırsaq çöplərinə yoluxdurublar və onları Çiprofloksasin adlı məşhur antibiotiklə müalicə ediblər. İnsana yazılan dozada tətbiq edilib.
Bu preparat siçanların toxumalarına təsir edərək, metobolik prosesləri pozub, nəticədə metabolitlər sanki başlarını itirərək düşmənə tərəf işləməyə başlayaraq, bağırsaq çöplərini daha da gücləndiribər.
Dərman həmçinin immun sistem hüceyrələrinin işini azaldıb. O, bakteriyaları tutub zərərsizləşdirən makrofaqları da zəiflədib.
Antibiotikin yaratdığı biokimyəvi mühitdə immun hüceyrələri sanki boğulub.
Hesab edilirdi ki, antibiotiklər bakterial hüceyrələrə təsir edir, amma əslində onlar immun sistem hüceyrələrə də toxunur.
Bu elmi komanda indi uzun müddət antibiotik qəbul etmiş pasiyentlərin immun hüceyrələrində hansı dəyişikliklərin baş verdiyini araşdırmaq istəyir.
Qeyd edək ki, 26 fevral tarixində Şabran rayonunda 8 yaşlı uşağın antibiotik iynə vurulduqdan sonra vəziyyəti ağırlaşıb, daha sonra yerləşdirildiyi xəstəxanada ölüb.
Tibb.fins.az "Report"a istinadən xəbər verir ki, Şabran şəhəri S.Bəhlulzadə küçəsi ünvanında yaşayan 2011-ci il təvəllüdlü Gülnur Elnur qızı Dadaşova axşam saatlarında müalicə üçün yaxınları tərəfindən həkimin yaşadığı evə aparılıb.
Antibiotik iynə vurulduqdan sonra G.Dadaşovanın halı pisləşib, koma vəziyyətinə düşüb. Xəstə Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq onun vəziyyəti daha da ağırlaşıb. Bu səbəbdən xəstə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Lakin bütün yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumənin yaxınlarının bildirdiyinə görə, G.Dadaşovanın ölümünə səbəb həkimin antibiotikin "prob" qoyulmadan vurulması olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət