Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Antibiotikləri əvəz edən şəfalı qidalar

Antibiotikləri əvəz edən şəfalı qidalar
Sakura

Antibiotikləri əvəz edən şəfalı qidalar

Mövsüm keçidlərində orqanizm adətən zəifləyir və müxtəlik xəstəliklər özünü göstərməyə başlayır. Bu zaman həkim müayinəsi olmadan hər hansı antibiotik istifadəsi zərərlidir. Antibiotikləri faydalı məhsullarla əvəz etmək olar.

Publika.az oxucuları antibiotikləri əvəz edən məhsullarla tanış edib.

Elmi araşdırmalar göstərir ki, lazımsız antibiotik istifadəsi bədənin mikroblarla mübarizədə müqavimətini zəiflədir, immuniteti aşağı salaraq bir çox xəstəliklərə yol açır.

Fitoterapiya və sağlam qidalanma mütəxəssisi Şeyda Sıla Bilgili bildirib ki, qrip infeksiyalarının geniş yayıldığı bu dövrdə immun sistemini gücləndirmək üçün aşağıdakı məhsullara ütünlük vermək lazımdır.

Sarımsaq

Minlərlə ildir bir çox tibbi məqsədlər üçün istifadə edilən sarımsağın antibiotik təsiri XIX əsrdə Louis Pasteurun tədqiqatı ilə təsdiqləndi. Xüsusilə çiy istifadəsi zamanı tərkibindəki kükürd birləşmələr immuniteti gücləndirir, xərçəng hüceyrələrinin və digər bakteriyaların inkişafının qarşısını alır. Lakin həddindən artıq istifadəsi bədəndə qanaxmaya səbəb ola bilər. Eyni ailədən olan soğan da hüceyrələri müxtəlif təsirlərdən qoruyan və immuniteti gücləndirən çox güclü antioksidandır.

Kefir

Kefir xüsusilə bədənin müqavimətini artırmaq üçün effektlidir. Son illərdə bütün tədqiqatlar göstərir ki, kefirin daimi istifadəsi yuxarı tənəffüs yollarını yoluxucu infeksiyalardan müdafiə edir. Kefir həm qrip infeksiyalarından qoruyur, həm də bağırsaqda xərçəng meydana gətirən faktorların inkişafına mane olur, o cümlədən probiotik xüsusiyyəti həzm sistemi üçün faydalıdır. Eyni zamanda sinir pozğunluna, iştahsızlıq və yuxusuzluq kimi problemlərə müsbət istiqamətdə təsir göstərir. Yüksək qan təzyiqi, bronxit və astma xəstələrinin müalicəsində istifadə edilən kefir həm uşaqlar, həm də yetkinlər üçün çox dərəcə vacib məhsuldur.

İspanaq

İspanağın tərkibindəki A, B, C və E vitaminləri, kalsium, fol turşusu, maqnezium, quarset immun sistemini gücləndirir. İmmun sistemini gücləndirən C və folik turşusu həm də infeksiyalarla mübarizə aparır. Ürəyin dostu sayılan ispanaq həm də beyin yaşlanmasını gecikdirmək xəssələrinə malikdir.

Nar

Nar qrip infeksiyalarına qarşı qoruyan təbii vasitə və damarların ən yaxşı dostudur. Gündə 1 ədəd nar vitamin C ehtiyacının yarısını ödəyir. Polifenollar və antosiyaninlər sayəsində oksidləşmə azalır və qan təzyiqi normaya düşür. Xərçəng hüceyrələrinin yaranmasını qarşısını alaraq bədənə gümrahlıq gətirir. Lakin həddən artıq nar suyu içmək qan təzyiqini azaldaraq, lazımsız şəkər istifadəsinə səbəb ola bilər. Odur ki, nar suyu içərkən diqqətli olun və həddi aşamayın.

Kəvər soğanı

Kəvər soğanı ürəyin dostu olan çox şəfalı bitkidir. Flavonoid və kamferol ehtiva edir ki, bu da qan damarlarının zədələnməsini aradan qaldırmağa kömək edir. Kükürdlü birləşmələr bir çox xərçəng növü, xüsusilə də bağırsaq xərçənginə qarşı qoruyucu təsir göstərir. Lakin çox yüksək miqdarda istifadəsi mənfi təsir göstərə bilər. Qaz yaradan bitki olduğundan həzm sistemi problemləri olanlar onu çox yaxşı bişirərək yemək faydalıdır. Kəvər soğanını kartofla birlikdə püre halına gətirib yemək, yaxud da şorbalara və soğan yerinə salatlara əlavə etmək olar. O cümlədən omlet və pomidor çığırtmasına da gğzəl dad verir.

Kivi

Antioksidan xüsusiyyətləri sayəsində kivi əsl C vitamini ehtiyatıdır. Kividə portağaldan daha çox C vitamini var. Odur ki, kivi günlük C vitamini ehtiyacının daha çoxunu ödəyir. Pektin sayəsində bədəni toksinlərdən təmizləyərək DNT-ni qoruyur. Qanda şəkərin miqdarını nəzarətdə saxlamaq üçün faydalı olan kivinin tərkibindəki liflər həzmi asanlaşdırır, xolesterini balanslaşdırır. İngiltərədəki araşdırmalar göstərir ki, kivi öskürək, asqırma və nəfəs darlığı kimi xəstəliklərə müsbət təsir göstərir.

Zəncəfil

Təbiətin möcüzəvi bitkilərindən biri olan zəncəfil yuxarı tənəffüs yolları infeksiyalarından, qripdən və xərçəngdən qoruyur. Həzmi asanlaşdırmaqla yanaşı, zəncəfil ağrıkəsici və ürəkbulanmaya qarşı effektli vasitədir. Xolesterini azaldır və qan laxtalanmasına mane olur. ABŞ-da Miçiqan Universitetində aparılan araşdırmada məlum olub ki, yaxın gələcəkdə zəncəfil xərçəng müalicəsində istifadə ediləcək. Təzə zəncəfili sürtgəcdən keçirib limon suyu və balla qarışdırıb hər səhər bir qaşıq udun. Bu, immuniteti gücləndirir.

Qırmızı bibər

Qırmızı bibər də vitamin C və potassium ilə zəngin bitkidir. C vitamini immun sistemini gücləndirir, kalium isə infarkt riskini azaldır. Ağrı kəsici və iltihab əleyhinə təsirlə yanaşı, xolesterini azaldır, mədə turşusunu tənzimləyir. Qırmızı bibər mikrobları öldürücü xüsusiyyətləri sayəsində güclü şəfa mənbəyidir. Odur ki, süfrənizdən əskik etməyin.

Brokkoli

Brokkoli antioksidant təsiri sayəsində immuniteti stimullaşdırır. ABŞ tədqiqatlarında məlum olub ki, brokolidə olan "sulforapan" maddəsi siqaret nəticəsində hər il 100 min nəfərin ölümünə səbəb olan xroniki obstrüktiv pulmoner xəstəliyinin qarşısını alır.

Turp

"Turp kimiyəm" ifadəsi boş yerə deyilmir. Zəngin C vitamini, fol turşusu, fosfor və yüksək lif sayəsində əsl sağlamlıq mənbəyidir. Çox güclü antioksidant olan turp soyuqdəymə kimi xəstəliklərin müalicəsində idealdır. Yüksək lifi sayəsində həzm sisteminə və öskürəyə müsbət təsir göstərir. Turpun özü kimi yarpaqlarını da salatlara əlavə edərək qiymətləndirə bilərsiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR