Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Antibiotikdən sonra göbələyə qarşı dərman vacibdirmi?

Antibiotikdən sonra göbələyə qarşı dərman vacibdirmi?
Sakura

Antibiotikdən sonra göbələyə qarşı dərman vacibdirmi?

Mütəxəssislər və həkimlər adətən antibiotik istifadəsinin 3-cü günündən etibarən göbələk əleyhinə preparat qəbulunu məsləhət görür. Antibiotiklər bədəndə olan zərərli mikroblarla yanaşı, insan üçün xeyirli hesab edilən mikrobları da məhv edir. Bu da xəstəlik sonrası müxtəliv narahatlıqların, göbələk kimi problemlərin yaranmasına səbəb olub. Məhz bu səbəbdən mütəxəssislər həkim məsləhəti olmadan antibiotik istifadəsini qətiyyətlə qadağan edir və bu preparation qəbulunun 3-cü günüdə göbələk əleyhinə dərman istifadəsini məsləhət görürlər.

Mövzu ilə bağlı Axar.az-a danışan pediatr Altay Abdullaoğlu bildirib ki, antibiotiklərin istifadəsi zamanı göbələk əlehinə dərmanların qəbuluna ehtiyac yoxdur:

“Çox vaxt həkimlər antibiotik qəbulu zamanı bununla yanaşı göbələk əlehinə preparatlar da təyin edilər ki, göbələk yaranmasın. Hətta bir çox insanlar bu qaydanı mütləq bilib, özbaşına bu dərmanları qəbul da edirlər. Ancaq aparılan araşdırmalar göstərir ki, göbələk əlehinə olan (antifunqal) dərmanların qəbulu göbələk yaranmamasına təsir etmir. Əksinə, göbələk əlehinə preparatlar qəbul edəndə orqanizmdə göbələk yaranırsa, bu həmin preparatlara (antifunqala) qarşı davamlılıq (rezistentlik) yaradır. Bu isə müalicəni çətinləşdirir. Nəticə olaraq demək istəyirik ki, antibiotiklərin istifadəsi zamanı göbələk əlehinə dərmanların qəbuluna ehtiyac yoxdur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR