Slimfit
  1. TARİX

Antarktidada 107 illik yeməli piroq tapıldı

Antarktidada 107 illik yeməli piroq tapıldı
Sakura

Antarktidada 107 illik yeməli piroq tapıldı

Alimlər Ader burnundakı daxmada (Şərqi Antarktida, Viktoriya Torpağının kənar şimal-şərqi) 106 illik ideal vəziyyətqə qalmış piroq tapılıb.

Antarctic Heritage Trust (Yeni Zelandiya) fondunun məlumatlarına əsasən piroq britaniyalı üfüq tədqiqatçısı Robert Folkon Skotta məxsus ola bilərdi.

Sənədlərə əsasən məşhur şəxs “Terra Nova” ekspedisiyası zamanı (1910-1913-cü illər) özü ilə bu firmanın piroqunu gətirib.

Skottun tədqiqatçı qrupu Cənub üfüqünə 1912-ci il yanvar ayının 17-də çatıb və norveçli Rual Amundsen və onun dörd həmkarının bunu 5 həftə əvvəl etdiyini aşkar edir.

Geriyə qayıdanda Skott və onun komandası həlak olur.

Fondun əməkdaşı Lizzi Mik (Lizzie Meek) xəbər verib ki, piroqun indiyə qədər təzə qalması təəccüblüdür – o pis iylənir,  ola bilsin bu xarab olmuş yağa görədir – lakin gözəl görünür. O göründüyün kimi don və qalan qablaşmaya görə belə təzə qalıb.

Mikin fikrincə piroqun dadı sirr olaraq qalır, çünki onu geriyə daxmaya qoymaq üçün göndərəcəklər ki, ziyarətçilər bu maraqlı artefaktı görə bilsinlər. Ader burnuna daim kruiz gəmiləri yaxınlaşır (onlar Rossa dənizində səyahət edirlər). Oraya getmək çox çətindir, lakin hər il yüzlərlə insan ordakı daxmanı tapıb ziyarət edir.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR