Slimfit
  1. İDMAN

Ansi “Qarabağ”dan gedir

Ansi “Qarabağ”dan gedir
Sakura

Ansi “Qarabağ”dan gedir

“Qarabağ” futbolçusu Ansi Aqollinin karyerasını ABŞ-da “Nyu-York Kosmos" klubunda davam etdirəcəyi dəqiqləşib.

Ağdam klubunun direktoru Əmrah Çelikel Qol.az saytına açıqlamasında albaniyalı futbolçu ilə yolları ayıracaqlarını deyib.

Qeyd edək ki, “Nyu-York Kosmos" Şimali Amerika Futbol Liqasında (səviyyəsinə görə ikinci liqa) çıxış edir. Futbolçu karyerasının son illərində əfsanəvi Pele də bu komandada oynayıb. Hazırda isə o, klubun fəxri prezidentidir.

36 yaşlı Ansi Aqollinin futbolçu karyerasını başa vurduqdan sonra “Nyu-York Kosmos"un uşaq futbol akedemiyasında işləyəcəyi də bildirilir.

Əlavə edək ki, A.Aqolli  2011-ci ildən indiyədək "Qarabağ"da oynayır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR