Dərc edildi: Baxış sayı: 257
Ankara Ukrayna ilə bağlı görüşə hazırlaşır
Türkiyədə Ukrayna ilə bağlı görüş oktyabrın son ongünlüyündə keçiriləcək. Hazırda diplomatik kanallar vasitəsilə koordinasiya aparılır.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” Ankaradakı diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Hələlik dəqiq tarix yoxdur, təsdiqləmə gedir. Görünür, bu, oktyabrın son ongünlüyü olacaq”, - mənbə bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Qərb mediası Türkiyənin oktyabrda Ukrayna ilə bağlı yeni beynəlxalq toplantı hazırladığı barədə məlumat yayıb. Görüş İstanbulda baş tutacaq, amma Rusiya bura dəvət edilməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət