Dərc edildi: Baxış sayı: 582
Angela Merkel Vladimir Zelenski ilə görüşündə özünü pis hiss edib
Almaniya kansleri Angela Merkel Ukrayna prezidenti Vladimir Zelenski ilə Berlində keçirilən görüşdə havanın kəskin isti olması səbəbindən özünü pis hiss edib.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Merkel bir dəqiqə ərzində qəfil gələn titrəyişi aradan qaldırmaq üçün dəfələrlə əllərinin vəziyyətini dəyişib.
Berlində bu gün, təxminən, 30 dərəcə istilik qeydə alındığından Merkelin bu vəziyyətə düşməsinə əlverişsiz hava şəraitinin səbəb ola biləcəyi güman edilir.
Qeyd edək ki, Zelenski iyulun 18-də Almaniya kansleri ilə görüşmək üçün Berlinə gedib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət