Dərc edildi: Baxış sayı: 468
Angela Merkel koronavirus şübhəsi ilə karantinə alındı
Almaniyanın kansleri Angela Merkel ev karantininə alınıb.
Bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.
Məlumatda deyilir ki, bu günlərdə Merkelə hər ehtimala qarşı peyvənd vuran həkimdə koronavirus tapıldığı üçün kansler bu qərara gəlib.
Kansler bu gün keçirdiyi mətbuat konfransından sonra bu barədə öyrənib. Konfransda karantin qaydalarının sərtləşməsi haqqında qərar açıqlanıb. Belə ki, qarşıdan gələn iki həftə ərzində Almaniya vətəndaşlarına iki nəfərdən çox olmaqla toplaşmaq qadağan edilib.
Kansler öz vəzifələrini karantin şəraitində icra edəcəyini də açıqlayıb.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət