“Thuraya” peyk rabitə operatoru tezliklə cari ilin yazında elan edilmiş “Android” sisteminin idarəetməsi…
“Thuraya” peyk rabitə operatoru tezliklə cari ilin yazında elan edilmiş “Android” sisteminin idarəetməsi altında işləyən “X5 Touch” adlı smartfonunun satışına başlayacaq. Qurğunun qalınlığı və çəkisi istisna olmaqla digər xüsusiyyətləri ürəkaçan deyil: aparat 5,2 düymlük “FullHD” təsvir ölçülü ekran, “Qualcomm Snapdragon 625” prosessoru, 2 QB-lıq əməli yaddaş, 16 QB-lıq daxili yaddaş və 3800 milliamper/saatlıq batareya ilə təchiz edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, istehsalçı əməliyyat sistemi kimi “Android 7 Nougat” platformasından istifadəyə qərar verib. “Thuraya X5-Touch” aparatının çəkisi 262 qr-dır, korpusu “IP67” standartına uyğun olaraq su və toza qarşı, “MIL- STD-810” standartına uyğun olaraq isə yerə düşmə və zərbə kimi başqa kənar təsirlərə qarşı dayanıqlıdır.
Dünyada ilk peyk “Android” smartfonu “NFC” kontaktsız interfeysini, həmçinin “GPS”, “QLONASS” və “BeiDou” peyk naviqasiya sistemlərini dəstəkləyir. Peyk rabitəsindən istifadə nəticəsində zənglər üçün ayrıca SİM kart və irəli-geri çəkilən antena mövcuddur, ikinci SİM kart paralel işləyir və aparatdan “2G”, “3G” və “4G” adi mobil şəbəkələrində rabitə üçün istifadəyə imkan verir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət