Android Auto-ya çoxdan gözlənilən bir xüsusiyyət əlavə olundu
Google-un avtomobil platformasının yeni versiyasında bildirişlərin səsinin söndürülməsi funksiyası var. Məsələ bundadır ki, daha əvvəlki versiyalarda da bu funksiya vatdı, amma sonra tərtibatçılar onu ləğv etmişdilər. Ancaq bəzi istifadəçilər üçün bu yenilik yüngül problem yaradır.
Ens.az bildirir ki, bildirişlər səssizcə görünməyə başladıqda onları əl ilə silməsəniz, ekrandan itmir. Ancaq üstünlüyü daha çoxdur. Səssiz rejimin aktivləşdirməsi ilə, gələn bildirişlərin sürücünün diqqətini yayındırması aradan qalxır və rahatlıq yaradır.
Əvvəllər Android cihazları üçün Troyan virusu ciddi əngələ çevrilmişdi. Virus 2015-ci ildən bəri mütəxəssislər üçün tanışdır, lakin onun "ölməzliyi" ortaya çıxıb. Belə ki, fürsətdən istifadə edərək fırıldaqçılar onun yeni variasiyalarını yaratmağa davam edirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət