Slimfit
  1. MEDİA

Ancelina Coli qadın sağlamlığı və anasının xəstəliyi haqqında emosional fikirlərini paylaşdı

Ancelina Coli qadın sağlamlığı və anasının xəstəliyi haqqında emosional fikirlərini paylaşdı
Sakura

Ancelina Coli qadın sağlamlığı və anasının xəstəliyi haqqında emosional fikirlərini paylaşdı

Ancelina Colinin anası - fransız amerikalı aktrisa Marşelin Bertran 2007-ci ilin 27 yanvar tarixində səkkiz illik döş və yumurtalıq xərçəngi ilə mübarizədən sonra 56 yaşında öldü.

Ens.az xəbər verir ki, Time jurnalına olan ikinci məqaləsində (birinci miqrantlar haqqında idi) Ancelina Coli onun üçün ağrılı bir mövzuya - qadınların sağlamlığına toxundu. Məlumdur ki, onun özü döş xərçəngindən əziyyət çəkir, qadın xəttindən olan bütün qohumları isə onkologiyadan ölüb: ana, xala və nənəsi. Buna görə də yazının əsas məqsədi bütün qızlar və qadınları sağlamlığa olan münasibətlərini dəyişməyə və öz bədənlərinə daha çox qayğı göstərməyə çağırışdır.

Anamı kimya terapiyası zamanı əllərindən necə tutduğumu xatırlayıram. Onun üzü qəfil qırmızı rəngə dönməyə başladı, mən də tibb bacısını çağırmağa getdim... Sonra hospitalın foyesində dayanaraq kremasiya üçün cəsədin verilməsini gözlədim. Həkim yanıma gələrək dedi ki, ona eyni haldan qaçmaq üçün lazımi tibbi analizlər haqqında mənə danışmağa söz verib.

Həqiqətən Marşelinin ölümündən sonra Ancelina diaqnostik müayinədən keçdi və özünün də yüksək onkoloji xəstəliklərə səbəb olan mutasiya edilmiş genin daşıyıcısı olduğunu aydınlaşdırdı. Anasının taleyini təkrarlamaqdan qorxaraq Ancelina qadın reproduktiv orqanlarını çıxarmaq qərarına gəldi. 2013-cü ildə Coli mastektomiya, 2015-ci ilin martında isə ovarioektomiya əməliyyatı keçirdi.

Ancelina Coli anası və qardaşı Ceymslə

Məndən tez-tez ictimai şəkildə bu əməliyyatlar haqqında açıq danışmağımın mənə necə təsir etdiyi barədə soruşurlar. Mən sadəcə düzgün seçim etdiyimi hiss edirəm. Mən uşaqlarımı yetkin görmək şansımı artırdım. Onlarla mümkün qədər çox olmağa ümid edirəm. Axı özüm artıq 10 ildir anasız yaşayıram. O, ancaq böyük nəvələrini görə bildi, amma xəstəlik ucbatından onlarla oynaya bilmədi. Anam 50, nənəm isə 40 yaşında öldü. Mən sadəcə daha çox yaşayacağıma inanıram.

Ancelina həmçinin hazırda sağlamlığını necə qoruduğundan danışdı:

Mən hormonal lent daşıyıram və mütəmadi olaraq tibbi baxışdan keçirəm. Bədənimin necə dəyişdiyini görürəm, amma mən buna qarşı deyiləm. İndi mən özümü başqa qadınlarla daha çox bağlı olduğumu hiss edirəm, çox vaxt tanımadığım qadınlarla sağlamlıq haqqında söhbət edirəm. Məndən həmçinin yara izlərinə olan münasibətim haqqında soruşurlar. Məncə onlar bizim nələri yaşadığımızı xatırladır və bizi unikal edir.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR