Slimfit
  1. AZƏRBAYCAN

Ancaq 1 sərnişin kifayət edir ki, qatarlar işə düşsün - Bakı Funikulyor İdarəsinin rəisi

Ancaq 1 sərnişin kifayət edir ki, qatarlar işə düşsün - Bakı Funikulyor İdarəsinin rəisi
Sakura

Ancaq 1 sərnişin kifayət edir ki, qatarlar işə düşsün - Bakı Funikulyor İdarəsinin rəisi

2012-ci ildən tamamilə yenilənən Bakı funikulyoru heç də xarici ölkələrdəki funikulyorlardan geri qalmır, hətta onları üstələyir.

Funikulyor hazırda Şəhidlər xiyabanı ilə Dənizkənarı Milli Parkı ən qısa yolla birləşdirən yeganə nəqliyyat vasitəsidir.

Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov Trend-ə bildirib ki, 2012-ci ildən bəri bu nəqliyyat vasitəsi fasiləsiz fəaliyyət göstərir.

Onun sözlərinə görə, kompüter sistemi ilə idarə olunan funikulyorda hansısa texniki nasazlıq aşkarlandıqda dərhal mərkəzə məlumat ötürülür:

"İndiyə qədər heç bir nasazlıq baş verməyib. Hər həftənin 1-ci günləri öz mütəxəssislərimiz burada profilaktik işlər görülür, sistem yoxlanılır. Funikulyorda qatarlar bir kanata bağlıdır və bir xətlə hərəkət edirlər. Onlarda nə mühərrik, nə də digər qurğu olur".

 

İdarə rəisi qeyd edib ki, funikulyorun əsas sərnişinləri paytaxta gələn turistlərdir:

"Funikulyor hər 10 dəqiqədən bir yola düşür, qiymət isə 1 manatdır. Sakinlərlə yanaşı şəhərimizə gələn turistlər də bu nəqliyyat vasitəsindən istifadə edirlər. Elə ən çox istifadə edənlər də turistlərdir. Qatarlar sərnişin olmayanda hərəkət etmir. Ancaq 1 sərnişin kifayət edir ki, qatarlar işə düşsün".

Qeyd edək ki, Bakı funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilib. 1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək bağlanıb və 2001-ci ilin sonunda yenidən istifadəyə verilib. Bakı funikulyoru 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilib. 2007-ci ildəki təmirdən sonra vaqonların hərəkəti zamanı yaranan səs-küy minimuma endirilib. 2011-ci ilin aprelində isə yenidən təmirə dayandırılıb və 23 may 2012-ci ildə əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Qatarlar xüsusi sifarişlə Almaniyadan, kompüter sistemi və avadanlıqlar isə digər xarici ölkədən gətirilib. Hər vaqon 28 oturacaqla təhciz olunub, bundan əlavə 12 nəfər üçün ayaq üstü sərnişin yerləri ayrılıb.

Bakı funikulyorunun "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" adlı iki stansiyası var. Stansiyalararası məsafə 455 metrdir. Cəmi 2 vaqonu olan funikulyorda vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatır. Funikulyor bazar ertəsindən başqa, hər gün səhər saat 10:00-dan axşam 22:00-a kimi işləyir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR