Slimfit
  1. AZƏRBAYCAN

Anatomiya muzeyinin ictimaiyyətə təqdimatı keçirilib

Anatomiya muzeyinin ictimaiyyətə təqdimatı keçirilib
Sakura

Anatomiya muzeyinin ictimaiyyətə təqdimatı keçirilib

Yanvarın 12-də Azərbaycan Tibb Universitetində (ATU) Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi münasibətilə insan anatomiyası kafedrası və burada fəaliyyət göstərən Anatomiya muzeyinin ictimaiyyətə təqdimatı keçirilib. Belə ki, kafedranın yaranma tarixi AXC-nin dövrünə təsadüf edir.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, ATU-da insan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinski rəhbərlik etdiyi kafedra və burada fəaliyyət göstərən İnsan anatomiyası muzeyi barədə tədbir iştirakçılarına məlumat verib: “Ölkə başçısı İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Bildiyiniz kimi, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə yaradılıb, bizim kafedra da öz fəaliyyətinə 1919-cu ilin əvvəllərində başlayıb. Bakı Dövlət Universitetində fəaliyyət göstərən tibb fakültəsinin əsasında, Tibb Universitetinin açılışı da 1919-cu ilə təsadüf edir. Muzey haqqında onu deyə bilərəm ki, bu bir tədris muzeyidir. Tələbələr meyitlər üzərində işləyə bilmədikdə bu muzeydə saxlanılan eksponatlardan istifadə edirlər. Muzey 2017-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən ictimai əsaslarla qeydə alınıb. ATU-da fəaliyyət göstərən bu muzey unikal hesab edilir. Belə ki, dünyada bu cür fəaliyyət göstərən bütün muzeylərin istər sahə baxımından, istərsə də eksponat sayı baxımından ən böyüyü məhz Azərbaycan Tibb Universitetindədir. Onu da qeyd edim ki, ilk dəfə belə muzey hələ Hippokratın zamanında yaradılıb”.

Təqdimatda çıxış edən Milli QHT Forumunun prezidenti, ATU-nun rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının İdarə Heyətinin üzvü Rauf Zeyni deyib: “Bildiyiniz kimi, ölkə Prezidenti tərəfindən aparılan islahatlar, burada cəmiyyətin öz töhfəsini verməsi, ictimai nəzarətin və şəffaflığın təmin olunması üçün bir neçə qurumlarda İctimai Şuralar yaradılıb. Bu, həm də QHT-lərlə dövlət qurumları arasındakı əməkdaşlıqların gücləndirilməsinə xidmət edir. Belə Şuralardan biri də Tibb Universitetində fəaliyyət göstərir. Şura insan anatomiyası kafedrasının və burada fəaliyyət göstərən muzeyin ictimaiyyətə təqdim olunması təşəbbüsünü irəli sürdü və universitetin rektoru, professor Gəray Gəraybəyli buna dəstək verdi. Təqdimatın məqsədi kafedranın fəaliyyəti və tədris sistemi, o cümlədən muzey haqqında ictimaiyyəti məlumatlandırmaqdır. Bu, bir ilkdir və bunun müxtəlif dövlət qurumlarında davamının olacağına ümidvarıq”.

Milli Məclisin deputatı, ATU-nun rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının sədri, həkim-qastroenteroloq İlham Məmmədov fəaliyyət göstərən muzey və onun tələbələr üçün əhəmiyyətini vurğulayıb: “Bu cür tədbirlərin keçirilməsi cəmiyyətin inkişafı, şəffaflığın artırılması baxımından çox vacibdir. Muzeyin fəaliyyəti isə tələbələrin tədris prosesində onlara çox böyük köməkdir. Bugünkü Tibb Universitetinin tələbələri Azərbaycanın sağlam gələcəyinin təminatçılarıdır.

Prezident İlham Əliyev tərəfindən bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətçiliyimiz və onun inkişafı ilə bağlı atılan mühüm addım və tariximizə göstərilən qayğının təzahürüdür. Azərbaycan Tibb Universiteti də bu tarixin bir hissəsidir. Burada atılan hər bir addım, aparılan islahatlar, tədris prosesi, eləcə də şəffaflığın qorunması məqsədilə yaradılmış ictimai nəzarət və məsləhət şurası universitetin fəaliyyəti və ölkəmizin gələcəyi üçün çox vacibdir”.

“İki sahil” qəzetinin redaktoru, Şuranın İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə kafedranın və xüsusilə muzeyin yalnız burada təhsil alanlar baxımından deyil, bütün cəmiyyət üçün əhəmiyyətini vurğulayıb. Bu qurumun fəaliyyətinin milli tibb elmi üçün misilsiz rolunu qeyd edib.

Sonra tədbir iştirakçıları İnsan anatomiyası muzeyinə baxış keçiriblər.

Qeyd edək ki, universitetdə fəaliyyət göstərən muzey 550 kv.m sahəni əhatə edir. Muzeydə saxlanılan təxminən 5000 eksponat tədris prosesində istifadə edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR