Dərc edildi: Baxış sayı: 649
Anar Kərimov işğal altındakı abidələrin dağıdılmasından danışdı
“İşğal olunmuş ərazilərdə tarixi abidələrin dağıdılması məsələsi hər zaman gündəlikdədir. Biz bununla bağlı məsələləri beynəlxalq səviyyədə də qaldırmalıyıq”.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.
"Bu məsələdə həmrəylik nümayiş etdirərək səsimizi daha da ucaltmalıyıq. Bununla bağlı hansısa bir fəaliyyət planının olması barədə də fikirləşə bilərik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət