Regionlarda yüksək səviyyədə hüquq xidmətlərinin verilməsi üçün lazımi infrastruktur yoxdur
Regionlarda yüksək səviyyədə hüquq xidmətlərinin verilməsi üçün lazımi infrastruktur yoxdur.
Oxu.Az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında memorandumun imzalanması mərasimində deyib.
Onun sözlərinə görə, regionlarda hüquq xidmətlərinin təmin edilməsində problem var:
“Bakıdan fərqli olaraq, regionlarda yüksək səviyyədə hüquq xidmətlərinin verilməsi üçün lazımi infrastruktur yoxdur. Biz çalışırıq ki, bu istiqamətdə işlər görək. İnfrastruktur problemi Vəkillər Kollegiyasının fəaliyyəti ilə bağlı deyil”.
Anar Bağırov qeyd edib ki, hazırda 13 mərkəzləri var və 1500-dən çox vəkil fəaliyyət göstərir:
“Gələcəkdə bu problemlərin həlli istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət