Slimfit
  1. CƏMİYYƏT

Anar Bağırov da Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü təyin edildi

Anar Bağırov da Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü təyin edildi
Sakura

Anar Bağırov da Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü təyin edildi

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü təyin edilb.

Ens.az E-huquq.az-a istinadən xəbər verir ki, bu barədə təyinat Konstitusiya Məhkəməsi tərəfindən olub.

Qeyd edək ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya həyata keçirir.

Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.

Yeni çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il 5 iyun tarixli Qərarı ilə parlamentin 5 üzvü Komissiyaya təyin olunub. Qərara əsasən bu siyahıya Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Adil Əliyev, Milli Məclisin deputatları Əminə Ağazadə, Elşad Mirbəşir oğlu, Arzu Nağıyev və Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyev daxil edilib.

Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2020-ci il 26 avqust tarixli qərarı ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Komissiyaya üzv təyin edilməklə həmin dövlət orqanı tərəfindən təyin olunan 5 üzvün siyahısı tamamlanıb. Onunla yanaşı, bu siyahıya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Azərbaycan Respublikasının Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının Sədri Fikrət Məmmədov, Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri Ramiz Rzayev, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Sədri Anar Bağırov daxildirlər.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 31 avqust tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan Komissiya üzvləri qismində aşağıdakı şəxslər təyin ediliblər:

Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi

Vilayət Eyvazov – Azərbaycan Respublikasının Daxili İşlər naziri

Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri Komissiyanın üzvləri arasından səsvermə yolu ilə Komissiyanın növbəti iclasında seçiləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR