Slimfit
  1. AZƏRBAYCAN

Anar Bağırov: Altı nəfər Vəkillər Kollegiyasından xaric olunub

Anar Bağırov: Altı nəfər Vəkillər Kollegiyasından xaric olunub
Sakura

Anar Bağırov: Altı nəfər Vəkillər Kollegiyasından xaric olunub

 

2018-ci ildə altı vəkil Vəkillər Kollegiyasından xaric olunub.

Oxu.Az-məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, ötən il ərzində Vəkillər Kollegiyasına 500-dən çox şikayət daxil olub:

“Bu şikayətlərin 83 faizi vətəndaşlar tərəfindən daxil olub. Bəzən qərəzli məlumatlar yayılır ki, guya Azərbaycanda dövlət orqanlarının şikayəti əsasında vəkillərə qarşı təqib var, vəkillər xaric olunur. Qeyd edim ki, Vəkillər Kollegiyası hər hansı vəkili xaric etmək səlahiyyətinə malik deyil. Kollegiya bununla bağlı məhkəmədə yalnız iddia qaldırmaq səlahiyyətinə malikdir”. 

“İşdən azad olunan vəkillərdən beş nəfəri altı ay müddətdə üzrlü səbəb olmadan üzvlük haqqı ödəmədiyinə görə, bir nəfər vəkil isə vətəndaşın şikayəti əsasında xaric edilib. Yəni bir nəfər də olsa, vəkil dövlət orqanlarının şikayəti əsasında xaric edilməyib. Buna görə də yayılan məlumatlar yalandır”, - deyə Anar Bağırov qeyd edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR