Dərc edildi: Baxış sayı: 572
Anakonda ilə üz-üzə
Əgər siz nə vaxtsa uzunluğu yeddi metr olan sürünənlə üzbəüz gəlməyin necə bir hiss olduğu ilə maraqlanmısınızsa, o zaman Braziliyada çəkilmiş bu kadrlar sizin marağınızı təmin edər
Peşəkar dalğıc-videooperator hazırda məlum olan ən böyük ilan növü - yaşıl anakondanı su altında görüntüləyib.
Sputnik bildirir ki, Braziliyada, Matu-Qrosu ştatında Farmoza çayına dalan dalğıc çay yatağında istirahət edən 7 metr uzunluğunda anakonda ilə rastlaşıb.
Dalğıcı sezən anakonda ona yaxınlaşıb. Videooperatorun kamerası sürünənin diqqətini çəkib. Görüş insidentsiz ötüşüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət