Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ana südünü artırmağın yolları... - Həkim məsləhəti

Ana südünü artırmağın yolları... - Həkim məsləhəti
Sakura

Ana südünü artırmağın yolları... - Həkim məsləhəti

Pediatrlarların məsləhətinə görə, yeni doğulan körpələrə ana südü verilməsi vacibdir. Lakin bir çox ana müəyyən səbəblərdən övladına süd verə bilmir. Bu səbəblərin ən başında südün olmaması və ya az olması, uşağın süddən doymaması gəlir.

Bəs körpəni ana südü kimi keyfiyyətli və olduqca vacib qidadan ayırmamaq üçün nə etmək lazımdır? Ana südünü artırmağın yolları varmı?

Axar.az-a danışan pediatr Altay Abdullaoğlu bildirib ki, ana südünü artırmağın ilk yolu ananın istəyindən keçir. Yəni bu psixoloji haldır:

“Psixoloji olaraq ana buna hazır olmalı və övladına süd verməyi istəməlidir. Bundan əlavə kənardan da psixoloji dəstək verilməlidir. Ana stress keçirməməli, sıxıntılara düşməməli və daim sevgi dolu mühitdə olmalıdır. Əgər bunlar olmasa, süd qısa müddət ərzində azalacaq, hətta kəsiləcək.

İkinci önəmli faktor isə körpənin tez-tez əmizdirilməsidir. Bu zaman bütün sistem süd verməyə fokuslanır və bu da südü artırır. Üçüncü əhəmiyyətli səbəb isə bol miqdarda mayenin qəbuludur. Çox yeməyə ehtiyac yoxdur. Bəzən analar həddindən artıq çox yemək yeyirlər, amma südü ən çox artıran sudur, mayedir. Gündəlik 3 litr və mümkün olsa daha artıq maye qəbul olunmalıdır. Yemək isə orta miqdarda yeyilsə kifayət edir”.

Pediatr bildirib ki, körpəsi olan anaların qaydasında və sağlam qidalanması daha vacibdir:

“Bunlardan əlavə süd artırıcı çaylar, bitkilər və dərmanlar da var, amma bunları çox da tövsiyə etmirik. Bəlkə də faydası olmuş ola bilər, amma isbatlanmış, elm tərəfindən faydası qəbul olunmuş şeylər deyil”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR