Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ana südünü artıran vasitə – Xurma

Ana südünü artıran vasitə – Xurma
Sakura

Ana südünü artıran vasitə – Xurma

Həqiqi möminlər üçün Cənnətdə hazırlanmış bir çox gözəlliklər və ləziz təamlar arasında “misilsiz xurmalar”-ın da adı çəkilir (“Rəhman” surəsi, 68).

Bundan başqa Quranda xurmanın doğuşa kömək funksiyası barədə xatırladılır: “Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. (Məryəm uşaq anadan olandan sonra atası bilinmədiyi üçün cahil insanların dedi-qodusuna səbəb olacağından əndişəyə düşüb) dedi: “Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!” Dərhal (Məryəmin, yaxud xurma ağacının) alt tərəfindən ona (Cəbraildən və ya doğulmaqda olan İsadan) belə bir nida gəldi: “Kədərlənmə, Rəbbin sənin üçün (ayağının) altından bir irmaq axıtdı (və ya bətnindəki uşağı hörmət sahibi etdi). (Qurumuş) xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş (xurma) tökülsün! (Xurmadan və sudan) ye-iç, (belə bir uşaq doğduğuna görə) gözün aydın olsun…” (“Məryəm” surəsi, 23-26).

Müəqddəs Quranda xurmanın adının 20 dəfə çəkilməsindən onun orqanizm üçün necə faydalı bir nemət olduğu bilinir. Peyğəmbərimiz Muhamməd (sallalahu aleyhi və səlləm) xurma ağacı barədə bir hədisdə belə deyilir: “…İftarınızı xurma ilə açın. Əgər xurma yoxdursa, onda üzümlə iftar edin. Və əgər üzüm də yoxdursa, onda sadəcə olaraq su ilə iftar edin. Həqiqətən də su – pak edəndir (təmizləyəndir)”.

Xurmada ana südünü körpənin tam sağlam inkişafı üçün lazım olan mühüm vitaminlərlə zənginləşdirən elementlər (vitaminlər – fol turşusu (B 9), B6, B1, B2, A, betakarotin, mikroelementlər – kalium, maqnezium, dəmir, kalsium, fosfor, hormonlar – oksitosin) var. Bu elementlər körpənin orqanizminin bir çox xəstəliklərə qarşı müqavimətini artırır, xurmanın tərkibində olan oksitosinin hesabına uşaqlığın yığılması baş verir.

Doğuş prosesindən dərhal sonra, oksitosin ananın orqanizmində süd vəzilərinin süd əmələgətirmə mexanizmini işə salan maddə kimi fəaliyyət göstərməyə başlayır və qadının orqanizminin bərpasına kömək edir. Xurma maqnezium və B1, B6 və B2 vitaminlərinin sayəsində həmçinin təbii anti-depressant kimi təsir göstərir. Xurmanın tərkibində olan betakarotin maddəsi xərçəng xəstəliklərinin profilaktikasında mühüm rol oynayır.

Südartırmaq üçün resept:

Gündə 3 dəfə, yeməkdən əvvəl 3 xurma yemək.

 

Mənbə : Saglamolun.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR