Ana südünü artıran qidalar
Ana südü körpələrin ilk 6 ay ərzində mütləq qəbul etməli olduqları çox əhəmiyyətli bir qidadır. Südün keyfiyyəti nə qədər yaxşı olarsa, uşağın inkişafı da bir o qədər yaxşı olar. Bundan əlavə ana südü immun sistemini gücləndirdiyi üçün uşağı bir çox infeksiyon xəstəliklərdən də qoruyur. Bəs, ana südünü artıran və onun keyfiyyətini yaxşılaşdıran qidalar hansılardır:
Axşam.az xarici KİV-ə istinadən bu barədə məlumat verir:
1. Şüyüt - tərkibində olan etkin maddəsi ana südünü artırmağa kömək edir. Şüyütü yeməmişdən öncə sirkəli suda saxlayın ki, mikrobları ölsün. Gün ərzində 1-2 dəstə yemək məsləhətdir.
2. İspanaq - bu göyərtini 10 dəqiqədən artıq bişirmək olmaz, onda keyfiyyəti, vitaminləri ölür.
3. Razyana - südün keyfiyyətini artıqmaqla yanaşı, süd kanallarını da açır. Onu dəmləyərək qəbul etmək lazımdır. Bunun üçün bir çay qaşığının üzərinə 200 litr qaynar su tökülür və 7-8 dəqiqə dəmlənməsi gölənilir. Gün ərzində 2-3 dəfə içmək olar.
4. Qoz, fındıq və badam - bu kimi çərəzlər faydalı yağlarla zəngin olduğundan süd verən anaların mütləq istifadə etməsi lazımdır. Bu yağların tərkibində olan bəzi amin turşuları süd yaranması üçün lazımlı olan seratoni hormonunun əmələ gəlməsini təmin edərək südün miqdarının artırılmasına və keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir. Lakin bu çərəzlər çox kalorili olduqlarına görə gün ərzində 3-4 bütöv qoz, 10-12 ədəd çiy badam və fındıq yeyilməlidir. Siz də südünüzü artırmaq üçün dərmanlardan istifadə etmək yerinə bu cür təbii qidalardan istifadə edərək həm uşağınızın yaxşı doymasına, həm də sağlam inkişafına şərait yaratmış olarsınız.
5. Su - Ana südünün miqdarını artırmaqda ən təsirli və asan üsul su içməkdir. Ana südünün 87%-i sudan ibarətdir. Buna görə də süd verən analar bu müddətdə normal ehtiyaclarından daha artıq miqdarda su içməlidirlər. Belə ki, normal insanın gündəlik içməli olduğu su miqdarı 2 litr ikən, süd verən analarda bu miqdar gündə 3-3,5 litr olmalıdır. Bunun da 2-2,5 litri su ilə, qalanı isə şəkərsiz kompotlar, bitki çayları və ayran kimi içkilərdən qarşılana bilər.
6. Yulaf - ana südünü artıran faydalı qidalardan biridir. Son vaxtlar aparılan araşdırmalar nəticəsində anada dəmir azlığının südün az olmasına səbəb olduğu görülmüşdür. Yulaf da dəmir baxımından zəngindir və dəmir azlığına qarşı mübarizədə əhəmiyyətli rola malikdir. Bundan əlavə yulaf rahatladıcı təsiri ilə südün döş kanallarından irəliləməsini təmin edən oksitosin hormonunun ifrazına səbəb olur ki, bu da südün kanallardan irəliləməsini sürətləndirir. Buna görə də hər gün səhər yeməyində bir kasa südlü yulaf sıyığı yemək də südü artırmaqda ən təsirli və asan yollardandır.
Mənbə : Axsam.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət