Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ana südündə koronavirusa qarşı anticisim aşkar olunub

Ana südündə koronavirusa qarşı anticisim aşkar olunub
Sakura

Yetkin yaşa çatmış insanları qorumaq üçün profilaktikada da istifadə edilə bilər.

Ens.az bildirir ki, COVID-19 -a yoluxmuş qadınların südündə koronavirusa qarşı anticisimlər aşkar edilib. Bu məlumatı Amerika və Çin alimləri açıqlayıb.

Mütəxəssislərin fikrincə, bu anticisimlər yalnız virusa qarşı deyil, həm də yetkin yaşa çatmış insanları qorumaq üçün profilaktikada istifadə edilə bilər.

Alimlər tədqiqat zamanı aralarında COVID-19 keçirmiş 350 nəfərin olduğu uşaq əmizdirən minlərlə qadının məlumatlarını təhlil ediblər. Mütəxəssislər simptomların zəifləməsindən 14-30 gün sonra onların yığılmış südünü tədqiq ediblər. Nəticədə, südün 80% -ində həzm sistemində yaşaya bilən və körpəni infeksiyadan qorumağa qadir IgA anticisimləri olduğu ortaya çıxıb.

Bundan əlavə, faizləri az olmasına baxmayaraq IgG və IgM anticisimləri də tapılıb.

Tədqiqatçıların fikrincə, aşkar edilmiş anticisimlər güclüdür, selikli qişadan yaxşı keçir və ferment pozulmasına davamlıdır, buna görə də COVID-19 müalicəsi üçün böyük potensiala malikdirlər.

Mənbə: ren.tv

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR