Dərc edildi: Baxış sayı: 431
“Amrahbank”ın qiymətli kağızları ticarətdən çıxarılacaq
Listinq Komitəsi tərəfindən Bakı Fond Birjasının (BFB) listinq qaydalarının 13.1.2-ci bəndinə əsasən, “Amrahbank” ASC-nin standart bazar seqmentində listinqdə saxlanılan səhm və istiqrazlarının delistinq edilməsi qərara alınıb.
“Report” bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Qeyd edək ki, Bakı Fond Birjasının listinq qaydalarına uyğun olaraq, delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcək və qiymətli kağızlar ticarətdən çıxarılacaqdır.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin bu ilin aprel 27-də qəbul etdiyi qərarla “Amrah Bank” ASC-nin lisenziyası ləğv edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət