Slimfit
  1. COĞRAFİYA

Ameriqo Vespuççinin xəritəsinin ilk bilinən nüsxəsi tapıldı

Ameriqo Vespuççinin xəritəsinin ilk bilinən nüsxəsi tapıldı
Sakura

Macar tarixçi xəritəni Vespuççinin özünün tərtib etdiyini aşkar edib

Xəritəni Vespuççinin Lorenzo Mediçi ilə yazışmalarının köhnə nəşrində aşkar ediblər .

Ens.az bildirir ki, mütəxəssislər, Amerikanın adını daşıdığı florensiyalı səyyah Ameriqo Vespuççinin xəritəsinin surətini tapıblar. 

Xəritə Rostok şəhərindəki (Almaniya) kitabxanada "Novus Mundus" nəşrindən tapılıb. Bu nəşr 1505-ci ildə çap olunub. "Novus Mundus"-da Vespuççinin himayədarı Lorenzo Mediçi ilə yazışmaları əks olunub. Burada tədqiqatçının Atlantik üzərindən ekspedisiyası haqqında nəql etdiyi hekayət yer alır. 

Nəşr unikal hesab olunur. Burada müəllifi qeyd olunmayan xəritə verılıb. Buna baxmayaraq, macar tarixçisi və kartoqrafı Q. Papay xəritəni Vespuççinin özünün tərtib etdiyini aşkar edib. "Burada söhbət ehtimal ki, Ameriqo Vespuççinin nəsillər üçün qorunub saxlanan, surəti formasında olsa da, tam olmağa yaxın yeganə xəritəsindən gedir", deyib o.

Ameriqo Vespuççi (1454-1512) Braziliya və Vest Hind sahillərinə qədər (1501-1502) yürüş edib. Məhz o, bun ərazilərin Asiya deyil, naməlum qitənin bir hissəsi olduğunu sübut etmişdi.

Mənbə: diletant.media

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR