Amerikanın ultrasəs raketi hazır olmaq üzrədir
Raytheon amerikan hərbi-sənaye şirkəti DeepStrike perspektivli taktik hipersəs raketlərinin böyük hissəsinin sınaqlarını keçirib.
Ens.az xəbər verir ki, DeepStrike kodu altında perspektivli taktik hipersəs raketlərinin hazırlanması ABŞ Müdafiə Nazirliyinin sifarişi əsasında aparılır. Raketin döyüş hissəsinin ilk sınaqları müdafiə konturu daxilində yerləşən poliqonda aparılmışdır. Onların nəticələri müvəffəqiyyətli hesab edildi: Raytheon bildirib ki, raket hədəfə dəydikdə böyük məsafəyə səpələnən ağır qəlpələr formalaşır.
Bundan başqa döyüş hissəsinin çəkisi və qəlpələrinin uçuş radiusu Pentaqonun tələblərini üstələdi. “Dərin zərbə” kodu altında məşhur olan taktik hipersəs raketi 2017-ci ildən etibarən Raytheon tərəfindən köhnəlmiş ATACMS kompleksi raketlərini əvəz etmək üçün hazırlanmışdır. Əlavə olaraq amerikalılar M270A1, MLRS və M142 HIMARS yaylım atəşli reaktiv sistemlərdə döyüş sursatından istifadə etmək imkanını nəzərdən keçirirlər.
ABŞ Müdafiə Nazirliyinin texniki tapşırığına əsasən raket yerüstü hədəfləri 60-499 km uzaqlığında vurmağa qadir olmalıdır. Aprel ayının əvvəlində Raytheon artıq uçuş sınaqları üçün ilk döyüş sursatı nümunələri hazırlamağa başladı, perspektivli taktik hipersəs raketinin mühərrikinin ilk atəş sınaqları ötən ilin aprel ayında uğurla həyata keçirilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət