Slimfit
  1. AZƏRBAYCAN

Amerikalı professor erməni naziri çətin vəziyyətə salıb

Amerikalı professor erməni naziri çətin vəziyyətə salıb
Sakura

Amerikalı professor erməni naziri çətin vəziyyətə salıb

Oktyabrın 29-da "Con Batçelor Şou" radio proqramındakı "BBC Hard Talk"da Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə müsahibə ətrafında ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer ilə müzakirələr aparılıb.

Qeyd olunan verilişdə aparıcı Stefen Sakur (Stephen Sackur) Z.Mnatsakanyandan Ermənistan baş nazirinin bu ilin avqust ayında “Dağlıq Qarabağ Ermənistandır” deməsinə münasibətini soruşub, müsahib isə sualdan yan keçərək, istiqaməti  yayındırmağa cəhd edib. C.Batçelor bu barədə B.Şafferin fikirlərini soruşub.

Şaffer xarici işlər nazirinin sualdan yayınaraq cavab verməsinə, Ermənistan tərəfinin danışıqlar və sülh tərəfdarı olduğunu bildirməsinə baxmayaraq, baş nazirin səsləndirdiyi fikirlərin əslində 1990-cı illərin əvvəllərində, münaqişənin qızğın vaxtlarında Ermənistan tərəfinin Dağlıq Qarabağla birləşməyə dair iddialarını əks etdirdiyini qeyd edib.  

Картинки по запросу The John Batchelor Show

B.Şaffer Ermənistanın Dağlıq Qarabağ və ətraf ərazilərdə “yerli qüvvələr” adı altında öz qoşunlarını yerləşdirdiyini, burada proksi rejim yaratdığını və dünya ictimaiyyətinin fikirlərini yanlış istiqamətə yönəltməyə cəhd etdiyini vurğulayıb. Lakin, əslində bu ölkənin Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində torpaqlarını işğal etdiyini, doqquz yüz mindən çox insanın öz doğma torpaqlarından didərgin düşdüyünü qeyd edib. Ermənistanın bu faktları tamamilə dandığı belə bir şəraitdə isə bu ölkə ilə danışıqlar aparmağın təbii ki, olduqca çətin olduğunu dilə gətirib. 

C.Batçelor BBC jurnalistinin beynəlxalq və regional təşkilatların hüquqi sənədlərini istinad gətirməsinə vurğu edərək, Z.Mnatsakanyanın ölkəsinin əslində Dağlıq Qarabağı işğal etmədiyini, burada yaşayan əhalinin təhlükəsizliyinə nəzarət etməsini deməsini təəccüblə qarşılayıb. 

Professor Şaffer, Ermənistanın bu faktları danmaqla yanaşı, həmçinin işğal olunmuş ərazilərdə digər ölkələrdən erməni əsilli əhalini burada məskunlaşdırmaq siyasəti yeritdiyini, qanunsuz şəkildə bu ərazidə turizm və digər layihələri təbliğ etdiyini vurğulayıb. 

Картинки по запросу Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan
Zöhrab Mnatsakanyan

C.Batçelor Moskvanın Ermənistanı silah, hərbi qüvvələr, bu qüvvələr üçün təlimlər və s. ilə təmin etdiyini xatırladıb. B.Şaffer Rusiyanın nəinki Ermənistanın hərbi qüvvələrinə, eyni zamanda onun iqtisadiyyatına, qaz, enerji, nəqliyyat və digər infrastruktur sahələrinə də nəzarət etdiyini qeyd edib. O, xarici işlər nazirinin Ermənistanda demokratik inqilab, islahatların getdiyini vurğulamasına cavab olaraq, Rusiyanın ölkə üzərindəki nəzarətini yox etmədən, tam şəkildə bazar iqtisadiyyatına keçə bilməyəcəyini və buradakı islahatların nəticəsiz olacağını qeyd edib. 

Sonda İrana qarşı ABŞ sanksiyalarının Ermənistana potensial təsiri və Ermənistan şirkətlərinin və hökumətinin bundan hansı səviyyədə ziyan çəkəcəyinə dair fikir mübadiləsi aparılıb.

Həmin radio verilişində aparılan müzakirə ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

Mənbə: musavat.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR