Slimfit
  1. AVTO VƏ MOTO

Amerikalı milyarder yeni superkarını təqdim etdi

Amerikalı milyarder yeni superkarını təqdim etdi
Sakura

Amerikalı iş adamı Ceyms Qlikenhaus sürətli avtomobillərə sevgisi ilə məşhurdur

Ölkə.Az” xəbər verir ki, iş adamı özünə məxsus avtomobil şirkəti də qurub. Şirkət “SCG003” markalı hiperkar da istehsal edib. Bu yaxınlarda isə yeni modelin təqdimatı keçirilib. Yeni avtomobildə sürücü salonun tam ortasında oturur.

Yeni superkar “Scuderia Cameron Glickenhaus 004S” adlanır. “McLaren F1” modelində olduğu kimi sürücü salonun tam ortasında əyləşir. Arxada isə iki sərnişinlik oturacaq var.

Avtomobil karbon lifindən hazırlanıb və bu səbəbdən çəkisi 1179 kq-dır. Arxa difrensial özünü bloka salır, nizamlanan amartizator yeniliklərdəndir. Avtomobili V8 tipli, 5 litr həcmli, iki turbini olan mühərrik hərəkətə gətirir. Aqreqat 650 at gücü hasil edir. Mühərrik 6 pilləli mexaniki sürətlər qutusu ilə işləyir.

Şirkət 25 ədəd avtomobil istehsal etməyi planlaşdırır. Bir avtomobilin qiyməti 400 min dollardır. Kütləvi istehsala 2019-cu ildə başlanılacaq. Ümumi olaraq 250 avtomobilin istehsalı planlaşdırılır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR