Dərc edildi: Baxış sayı: 530
Amerikalı bəxtəvər: bir günə iki lotereyanın qalibi oldu
ABŞ-ın Konnektikut ştatında sevgilisinə dükanlara çörək çatdırmağa kömək edən qadın 10 000 dollarlıq mükafatın qalibi olub.
Bu barədə UPİ informasiya portalı məlumat yayıb.
Stefani Bazbi yanvar ayında işdən qovulub. O, bir müddət özünə iş tapa bilməyib və sevgilisinə hazır çörəklərin dükanlara paylanmasında kömək etmək qərarına gəlib. Dayanacaqlardan birində özünə “Ultimate” lotereya bileti alıb və 100 dollar mükafat qazandığını öyrənib.
Buna sevinən qadın daha yüksək mükafata tamahlanıb və növbəti dayanacaqda daha bir bilet alıb. Bazbi xüsusi avtomatda onu yoxlayan zaman gözlərinə inanmayıb. Nə az, nə çox, 10 min dolların qalibi olduğundan xəbər tutub.
O, həyatına “ağ zolağ”ın daxil olduğuna inanır. Belə ki, ardıcıl iki dəfə lotereya qalibi olmasından savayı, həm də yeni iş təklifi alıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət