Slimfit
  1. DÜNYA

Amerika ordusu koronavirus qurbanları üçün 100 min kisə tədarük edəcək

Amerika ordusu koronavirus qurbanları üçün 100 min kisə tədarük edəcək
Sakura

Amerika ordusu koronavirus qurbanları üçün 100 min kisə tədarük edəcək

Ens.az bildirir ki, ABŞ Federal Fövqəladə İdarəetmə Agentliyi ABŞ Müdafiə Nazirliyinə koronavirus infeksiyası qurbanları üçün 100 min kisə  hazırlamağı tapşırıb.

Mütəxəssislərin fikrincə, COVID-19 pandemiyası nəticəsində  ABŞ-ın 240 min vətəndaşı həyatını itirə bilər. Bu baş verərsə, ölülərin cəsədlərinin daşınması ilə  ordu  məşğul olacaq. Qeyd olunur ki, Pentaqon artıq öz ehtiyatlarından götürərək Agentliyə 50 minə yaxın kisə göndərib.

Ölkədə koronavirusun yayılmasının episentrinə çevrilən Nyu-York şəhərində müvəqqəti morq kimi istifadə olunan onlarla avtorefrijeratorlar (içərisində xüsusi soyuducu olan yük maşını)  göndərilib. Qeyd edək ki, adı çəkilən meqapolisdə hazırda 45 mindən çox infeksiyaya yoluxmuş insan var.

 

Mənbə: discover24.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR