Amerika Kuboku: Qətər Paraqvayla oyunda geridönüş edib
Braziliyada keçirilən futbol üzrə Amerika Kubokunun qrup mərhələsinin birinci turunda "B" qrupunda Paraqvay millisi Qətərlə qarşılaşıb.
"Report" xəbər verir ki, Rio-de-Janeyronun "Marakana" stadionunda baş tutan oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Matçda hesabı 4-cü dəqiqədə Paraqvay yığması açıb: Oskar Kardoso penaltini dəqiq yerinə yetirib. İkinci hissənin əvvəlində Derlis Qonsales üstünlüyü iki topa çatdırıb. Lakin ərəblər 68-ci dəqiqədə Əlmoez Abdullanın qolu ilə hesab arasındakı fərqi azaldıblar. Ardınca 77-ci dəqiqədə Bualem Xuxi bərabərlik qolunu vuraraq, komandasını məğlubiyyətdən xilas edib.
Növbəti turda Paraqvay Argentina, Qətər isə Kolumbiya ilə qarşılaşacaq.
Amerika Kuboku
Paraqvay – Qətər - 2:2
Qollar: 1:0 – Kardoso – 4 (pen), 2:0 – Qonsales – 56, 2:1 – Abdulla – 68, 2:2 – Xuxi – 77
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət