Slimfit
  1. MEDİA

AMEA Yüksək Texnologiyalar Parkının rəhbərliyi görüş keçirib

AMEA Yüksək Texnologiyalar Parkının rəhbərliyi görüş keçirib
Sakura

AMEA Yüksək Texnologiyalar Parkının rəhbərliyi görüş keçirib

AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katib vəzifəsini icra edən, akademik Vaqif Fərzəliyev ilə AMEA Yüksək Texnologiyalar Parkının rəhbərliyi arasında görüş keçirilib. Görüşdə parkın rezidentlərindən olan “Azərbaycan Milli Elmlər Akademiyası Təcrübə-Sənaye Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti və «Millers Oils Azərbaycan» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehsal olunan ümumilikdə 100-dən çox adda məhsulun (müxtəlif təyinatlı sürtgü yağları, maddələr, qatqılar və s.) tərkibi və qiyməti baxımından öz sinfində dünya üzrə məşhur istehsalçıların analoqları ilə müqayisədə sərfəli olması barədə müzakirələr aparılıb və onların dünya bazarında satış imkanları nəzərdən keçirilib.

Müzakirələr zamanı məlum olub ki, istehsal olunan məhsulların nəinki xarici bazarlarda, hətta daxili bazarlarda belə satışının təşkilində müəyyən çətinliklər mövcuddur. Həmçinin bildirilib ki, “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncamda “YT Park”da istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi mexanizminin müəyyənləşdirilməsinə dair aidiyyəti dövlət strukturuna tapşırığın verilməsinə baxmayaraq, hazırda bu mexanizmin işlənməməsi səbəbindən məhsulların satışı həyata keçirilmir. Bildirilib ki, bu da öz növbəsində ölkədə daxili bazarı qorumaq və ixrac potensialını artırmaq məqsədilə ölkənin valyuta ehtiyatlarının artırılması istiqamətində aparılan siyasətinə, eyni zamanda həyata keçirilən çoxsaylı tədbirlərə dəstək imkanlarını məhdudlaşdırır.

Görüşdə həmçinin digər məsələlər ətrafında da müzakirələr aparılıb.

 

 

AMEA Rəyasət Heyətinin aparatı Mətbuat və informasiya idarəsi İctimaiyyətlə əlaqələr şöbəsi – Mətbuat xidməti

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR