Slimfit
  1. CƏMİYYƏT

AMEA Rəyasət Heyətinin aparatına yeni təyinat

AMEA Rəyasət Heyətinin aparatına yeni təyinat
Sakura

AMEA Rəyasət Heyətinin aparatına yeni təyinat

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, akademiyanın prezidenti akademik İsa Həbibbəyli bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifəyə filologiya elmləri doktoru, dosent Sərxan Abbas oğlu Xavəri gətirilib.

Xatırladaq ki, S.Xavəri 1973-cü il mayın 26-da Goranboy rayonunda anadan olub. 1995-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1998-ci ildən AMEA sistemində çalışan S.Xavəri 2006-cı ildən indiyədək AMEA-nın Rəyasət Heyətinin elmi katibi vəzifəsində fəaliyyətini davam etdirib. O, yerli və xarici mətbuatda, o cümlədən indekslənmiş beynəlxalq nüfuza malik elmi jurnallarda 50-yə yaxın elmi məqalənin, 4 monoqrafiyanın müəllifidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR