Slimfit
  1. CƏMİYYƏT

AMEA-nın tarixi binasının üzərindəki yazıların sökülməsi müzakirələr səbəb oldu

AMEA-nın tarixi binasının üzərindəki yazıların sökülməsi müzakirələr səbəb oldu
Sakura

AMEA-nın tarixi binasının üzərindəki yazıların sökülməsi müzakirələr səbəb oldu

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasının üzərindəki kiril əlifbasında olan hərflər sökülüb. 

 

Baku TV xəbər verir ki, həmin hərflər latın qrafikası ilə yazılacaq. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası sözləri hazırlanır. Yaxın vaxtda binanın üzərinə quraşdırılacaq. Bu mövzuda isə fikirlər müxtəlifdir. 

Tədqiqatçı Fuad Axundov bildirir ki, binada aparılan dəyişikliklər məqsədəuyğun deyil. 

“Binanın üstündəki bütün hər şey o zəmanənin yadigarıdır. Hər bir dövr, hər bir zəmanə bu binanın üzərində öz izini qoyub. Onların hər biri tarixin özüdür, tarixi silmək olmaz”, - deyə Fuad Axundov qeyd edir. 

Tarix üzrə fəlsəfə doktoru Qənirə Pirquliyevanın sözlərinə görə, Bakının hər bir qədimi binasında tarixin bir işarəsi var. Onların hər biri öz dövrünün əks sədasını verir və tarixi əlamət kimi orada qalmalıdır.

“Mən təklif edərdim ki, həmin yazılar olduğu kimi qalsın, onun alt tərəfində latın qrafikası ilə yenidən yazı yazılsın. Bu zaman isə tarix qorunar”, - deyə Qənirə Pirquliyeva bildirir.

Tarixçi Məzahim Mustafazadə isə qeyd edir ki, binanın üzərində kiril əlifbasında olan hərflərin sökülməsi təqdirəlayiq addımdır. 1991-ci il oktyabrın 18-dən müstəqillik qazandığımızı nəzərə alsaq, bu hələ gecikdirilmiş prosesdir.

Hər halda, ziyalıların mövqeyindən belə aydın olur ki, tarixi binanın üzərindən yazının götürülməsi elə də düzgün addım olmayıb. Biz bu məsələni işıqlandırdıq, geriyə isə siz tamaşaçıların fikirləri qalır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR