Slimfit
  1. MEDİA

“AMEA-nın professoru” elmi adı üçün növbəti musabiqə başlayır

“AMEA-nın professoru” elmi adı üçün növbəti musabiqə başlayır
Sakura

“AMEA-nın professoru” elmi adı üçün növbəti musabiqə başlayır

“AMEA-nın professoru” elmi adını almaq üçün növbəti müsabiqə keçiriləcək. Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında verilib.

            İclasda bildirilib ki, “AMEA-nın professoru” adına namizədlər elmi tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları tərəfindən gizli səsvermə yolu ilə irəli sürülməlidir. Qeyd olunub ki,

müsabiqədə AMEA-nın üzvü olmayan, elmi müəssisələrdə və ya ali məktəblərdə elmi və ya elmi-pedaqoji fəaliyyətlə məşğul olan, elmi ictimaiyyət tərəfindən qəbul olunan milli və beynəlxalq səviyyəli elmi nailiyyətlər eldə etmiş, yüksəkixtisaslı elmi kadrların hazırlanmasında, elm və təhsilin vəhdətinin möhkəmləndirilməsində, dövlətçiliyin qorunmasında və inkişafında, habelə AMEA-nın əsas vəzifə və funksiyalarının həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş, yaşı 50-dək olan elmlər doktorları iştirak edə bilərlər.

            Müsabiqədə Azərbaycan elminin inkişafında, beynəlxalq aləmdə nüfuzunun artırılmasında və dünya elminə inteqrasiyasında, Azərbaycanın beynəlxalq elmi əlaqələrinin genişləndirilməsində xüsusi xidmətləri olan xarici ölkə alimləri də iştirak edə bilərlər.

 

 

AMEA Rəyasət Heyətinin aparatı
Mətbuat və informasiya idarəsi

İctimaiyyətlə əlaqələr
şöbəsi – Mətbuat xidməti

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR