Slimfit
  1. MEDİA

AMEA-nın prezidenti vəzifəsinə seçkinin nəticəsi açıqlandı

AMEA-nın prezidenti vəzifəsinə seçkinin nəticəsi açıqlandı
Sakura

AMEA-nın prezidenti vəzifəsinə seçkinin nəticəsi açıqlandı

Oktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında AMEA-nın prezidenti vəzifəsinə seçki keçirilib. Səsvermədə AMEA-nın 55 həqiqi üzvü iştirak edib.

Ümumi yığıncaqda hesablayıcı komissiya yaradılıb, komissiyanın sədri akademik Urxan Ələkbərov təyin olunub.

Sonra gizli səsvermə yolu ilə keçirilən seçkidə akademik Ramiz Mehdiyev yekdilliklə AMEA-nın prezidenti seçilib.

AMEA-nın yeni prezidenti akademik Ramiz Mehdiyev çıxış edərək “Heydər Əliyev” ordeni ilə təltif olunması münasibətilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib. AMEA-nın son illər mühüm nəticələr əldə etdiyini vurğulayan akademik AMEA alimlərini öz fəaliyyətlərində daha işgüzar və məsuliyyətlə çalışmağa çağırıb, öhdəsinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə səsləyib. Akademik Ramiz Mehdiyev seçkidə iştirak edən AMEA-nın həqiqi üzvlərinə minnətdarlığını bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR